Ərdoğandan müjdə: Türkiyə əhalisi yaxın zamanda yerli qazdan istifadə edəcək
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan A Haber kanalının efirində çıxış edərkən tezliklə Qara dənizdə çıxarılacaq qazın Türkiyə vətəndaşlarının evlərinə veriləcəyini bildirib.
Ərdoğan deyib: “Bu ay ərzində BOTAŞ şirkəti qazın milli sistemə qoşulması üçün boru kəməri çəkilişini yekunlaşdıracaq. Sakarya yatağının ehtiyatlarının 540 milyard kubmetr olduğu bildirilir. Çox güman ki, bu rəqəm artacaqdır”.
Prezident qeyd edib ki, müasir qazma qurğularının sayəsində Türkiyənin imkarnları çox artıb – neft-qaz sahəsində kəşfiyyat, hasilat və nəql məsələlərində əməkdaşlıqla bağlı təkliflər edilir.
Ərdoğan deyib: “Tərəfdaşlarımızdan müxtəlif təkliflər gəlir. Liviya bizim təbii ehtiyatların tədqiqi sahəsində xidmətlərimizlə maraqlanır”.
Hürr Tərcüman