📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğandan səfirliyimizə hücuma - Reaksiya

2022-08-06 16:09:00

Ərdoğandan səfirliyimizə hücuma - Reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu pisləyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə dövlət başçısı Rusiyanın Soçi şəhərindən səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanın Londondakı səfirliyinə hücumu da qəbuledilməz hesab edirik. Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar", - Türkiyə lideri qeyd edib.