📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğandan sifariş aldıq, ikincisi inşa ediləcək - Rosatom

2024-10-26 00:27:44

Ərdoğandan sifariş aldıq, ikincisi inşa ediləcək - Rosatom

“Rosatom” Prezident Rəcəb Tayyib Ərdoğandan Türkiyədə Sinop ərazisində ikinci atom elektrik stansiyası tikmək təklifi alıb.

Bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev RT-yə müsahibəsində bildirib.

“Ərdoğan bizə etdiyi bu təklifi rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib. Biz hazırda Türkiyədə, Sinop ərazisində mövcudluğumuzun mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq”, - deyə o vurğulayıb. \\Redaktor.Az