📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğandan TƏCİLİ ÇAĞIRIŞ: "Bəşəriyyətin taleyini tələyə salan..."

2023-04-05 09:11:00

Ərdoğandan TƏCİLİ ÇAĞIRIŞ:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının ( BMT ) Təhlükəsizlik Şurasında islahatların aparılmalı olduğunu deyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Anadolu agentliyi yazır.

Onun fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır.

"Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil", - Türkiyə lideri bildirib.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Burbok bildirmişdi ki, Almaniya və Hindistan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasında israrlı olacaqlar.

“Bugünkü geosiyasi reallıqlar həmişəkindən daha çox bacarıqlı və tam fəaliyyət göstərən Təhlükəsizlik Şurasını tələb edir”, - o deyib.