📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğanı dəstəkləyən Sinan Oğan bu qərarında Azərbaycan faktoru ilə bağlı iddialara cavab verdi - FOTO

2023-05-24 22:12:00

Ərdoğanı dəstəkləyən Sinan Oğan bu qərarında Azərbaycan faktoru ilə bağlı iddialara cavab verdi - FOTO

Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayan ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan onun bu qərarı almasında Azərbaycan faktoru haqqında paylaşım edib.

Türkiyə toplumunda müsbət obrazı olmayan Nagehan Alçı adlı jurnalistin ittihamına cavab verən Oğan bu kimi iddiaların Türkiyədə Azərbaycana qarşı ictimai rəy yaratmaq olduğunu qeyd edib.

“Məqsədinizin Azərbaycan Prezidentinin Türkiyənin daxili siyasətinə qarışdığını iddia edib Türkiyədə Azərbaycana qarşı bir cəbhə yaratmaq olduğunu bilmədiyimizi zənn edirsiniz! Azərbaycana giriş qadağanızın acısı keçməyib, deyəsən!” – deyə o vurğulayıb. \\Yenicag.az