📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğanı təhqir edən idmançının lisenziyası ləğv edildi

2022-02-08 14:02:00

Ərdoğanı təhqir edən idmançının lisenziyası ləğv edildi

Türkiyəli keçmiş üzgüçü Dərya Büyükuncunun milli idmançı lisenziyası ləğv ediləcək.

Hurriyyet.az xəbər verir ki, buna səbəb idmançının koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan haqqında təhqir dolu paylaşım etməsidir.

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sabiq üzgüçünün cəzalandırılmasına lisenziyanın ləğvi ilə başlanıldığını bildirib.

İstanbul Baş Prokurorluğu Dərya Büyükuncu haqqında saxlanılma qərarı çıxarıb.

Qeyd edək ki, Dərya Büyükuncu dünya və Avropa çempionatının bürünc mükafatçısıdır. O, 4 dəfə FİNA Dünya Kubokunun qalibi olub.