Ərdoğanın "3+3" formatının iştirakçıları ilə görüşü nə zaman və hansı şəraitdə keçiriləcək?
2024-10-18 13:08:48
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın "3+3" formatının iştirakçıları ilə bugünkü görüşü qapalı şəraitdə keçiriləcək. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat verib. Görüş Bakı vaxtı ilə 17:00-da keçiriləcək.
Bəlli olduğu kimi, "3+3" regional platformasının hazırda İstanbulda keçirilən iclasında Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN rəhbərlərini - Ceyhun Bayramov, Hakan Fidan, Sergey Lavrov, Abbas Araqçi və Ararat Mirzoyan iştirak edirlər.
Formatın layihəsində 6 ölkənin iştirakı nəzərdə tutulsa da, Gürcüstan dəfələrlə dəvət təkliflərindən imtina edib.
5 ölkənin XİN rəhbərləri ötən dəfə 2023-cü ilin oktyabrında Tehranda bu formatda görüş keçiriblər.
Hürr Tərcüman