Ərdoğanın ABŞ-da erməni qızla söhbəti diqqət çəkdi – VİDEO
2022-09-19 12:59:00
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərində Mərkəzi Parkda gəzintidən sonra restoranda əyləşib. Onunla görüşüb söhbət edənlər arasında erməni qız da olub.
Hurriyyet.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yer alıb.
Videoda erməni qız Ərdoğana yaxınlaşır, onunla əllə görüşür və mehriban söhbət edir.
Xatırladaq ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Zirvə toplantısından sonra Ərdoğan həyat yoldaşı və onu müşayiət edən nümayəndə heyətinin müşayiəti ilə ABŞ-a gəlib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak edəcək.
Bizim.media