📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğanın dəvətiylə Estoniya prezidenti Karis Türkiyəyə gəlir

2024-06-26 22:12:27

 Ərdoğanın dəvətiylə Estoniya prezidenti Karis Türkiyəyə gəlir

Türkiyə Cumhurbaşqanlığının mətbuat katibliyindən  verilən məlumata görə, sabah keçiriləcək görüşlərdə iki ölkə arasında əlaqələrin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın inkişafı üçün atılacaq ümumi addımlar müzakirə olunacaq.

Türkiyə ilə Estoniya arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümünə təsadüf edən səfər çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, Türkiyə-Avropa İttifaqı münasibətləri, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.