📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğanın geyimindəki detal Xankəndində yaşayan erməni jurnalisti narahat etdi: “Odlar Yurdunun rəmzidir”

2022-10-10 13:11:00

Ərdoğanın geyimindəki detal Xankəndində yaşayan erməni jurnalisti narahat etdi: “Odlar Yurdunun rəmzidir”

Hurriyyet.az xəbər verir ki, Azərbaycanın Xankəndi şəhərində yaşayan erməni jurnalist, 2020-ci ildə separatçıların qondarma “prezident seçkiləri”ndə Arayik Arutyunyanın rəqibi olmuş Bella Lalayan öz ikinci “Feysbuk” səhifəsində (əsas səhifəsi əngəllənib) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın Praqada keçirdikləri görüş zamanı çəkilən fotoşəkili paylaşıb. Lalayan Prezident Ərdoğanın qalstukundakı buta naxışlarını işarələyərək yazıb: “Buta atəş rəmzidir və Azərbaycanın simvollarından biridir. O, hətta qalstuku ilə belə dövlətinin mövqeyini göstərir. Heç bir normal dövlət belə şərtlərlə danışığa getməz. Ermənistandan başqa”.

Lalayan unudur ki, indiyə qədər bütün normal dövlətlər Türkiyə ilə normal münasibətlər qurublar. Tək Ermənistan bunu bacarmayıb. Paşinyan isə münasibətləri normallaşdırmağa çalışmaqla, Ermənistanı normal dövlət etməyə cəhd edir.

Hürr Tərcüman

Кандидат в президенты Арцаха Белла Лалаян: Только женщина зубами сохранит все то, что имеет. Такие аналогии могут быть применены и к Арцаху