Ərdoğanın "hə" cavabından sonra Macarıstan da yaşıl işıq yandırdı
2023-07-11 14:22:00
Hurriyyet.az xəbər verir ki, Macarıstan XİN rəhbəri Peter Siyyarto "Feysbuk" səhifəsində ölkəsinin İsveçin NATO-ya daxil olmasını dəstəklədiyini və prosesin Budapeşt parlamentində ratifikasiyadan keçməsinin sırf "texniki məsələ" olduğunu bildirib.
Nazir yazıb: "Bizim İsveçlə bağlı mövqeyimiz də aydındır: hökumət NATO ilə əlaqə saxlayır, ona görə də biz aylar əvvəl parlamentə bu məsələ ilə bağlı təklif vermişik. Ratifikasiya prosesinin yekunlaşdırılması - sırf texniki məsələdir".
Hürr Tərcüman
