📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğanın inauqurasiyası bu tarixlərdə keçirilə bilər

2023-05-30 10:15:00

Ərdoğanın inauqurasiyası bu tarixlərdə keçirilə bilər

Türkiyədə yenidən Prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi (inauqurasiya) iyunun 2-si və yaxud 6-sı təşkil edilə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “Milliyet” qəzeti yayıb.

Qəzet yazır ki, Ərdoğan məhz həmin gün yeni hökumətə daxil olacaq nazirlərin adlarını da elan edəcək.

Qeyd olunur ki, Ali Seçki Şurası prezident və parlament seçkilərinin yekun nəticələrini bu gün açıqlayacaq. Deputatların da iyunun 2-si and içəcəyi bildirilir.