Ərdoğanın Rusiyaya səfəri ilə Ankaradakı terror aktı arasındakı əlaqə
2024-10-24 11:00:51
Hurriyyet.az xəbər verir ki, Türkiyədə Ankaradakı terror aktı ilə ölkə Prezidenti R.T.Ərdoğanın Rusiyaya səfəri arasında əlaqə olduğu fikri səsləndirilib.
Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş terror aktının dövlət başçısının BRİKS sammitində iştirak etmək üçün Rusiyaya səfəri zamanı törədilməsini təsadüf hesab etmədiyini bildirib.
Kurtulmuş paytaxtın Etlik rayonundakı xəstəxanada yaralılarla görüşü zamanı deyib: "Bu, adi terror aktı deyil. Onun TUSAŞ-ın ən mühüm müdafiə sənayesi müəssisələrindən birinə yönəldilməsi qətiyyən təsadüfi deyil. Prezidentimizin xaricə - Rusiyaya səfəri zamanı baş verməsi də təsadüf deyil".
Hürr Tərcüman