📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğanın sözçüsü: “Qərbin Rusiyaya qarşı addımları müsbət nəticə verməyib”

2023-01-14 21:39:00

Ərdoğanın sözçüsü: “Qərbin Rusiyaya qarşı addımları müsbət nəticə verməyib”

Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı addımları müsbət nəticə verməyib.

Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq.

İbrahim Kalın deyib ki, sanksiyalar Türkiyə iqtisadiyyatına Rusiya Federasiyasından daha çox ziyan vuracaq. \\Report