Ərdoğanın Şuşa səfərinin tarixi açıqlandı
2024-06-12 15:51:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Şuşaya səfər edəcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, Ərdoğan səfər çərçivəsində Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitinə qatılacaq.
axar.az