📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğanın təklifinə Kremldən REAKSİYA: Putin və Zelenski görüşəcəkmi? – AÇIQLAMA

2022-08-08 16:18:00

Ərdoğanın təklifinə Kremldən REAKSİYA: Putin və Zelenski görüşəcəkmi? – AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna danışıqları ilə bağlı təklifi ilə bağlı Kremldən açıqlama verilib. Açıqlamada Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş üçün heç bir əsasın olmadığı bildirilib.

Hurriyyet.az-ın məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, hazırda Rusiya və Ukrayna arasında dövlət başçıları səviyyəsində görüşün baş tutacağı ehtimalı azdır.
Türkiyənin sülh danışıqlarında vasitəçilik etmək təklifləri ilə bağlı suala cavab olaraq Peskov deyib ki, Putin və Zelenski yalnız hər iki tərəfin müzakirəçiləri “ev tapşırıqlarını etdikdən” sonra görüşə bilərlər.
Digər tərəfdən, Moskva ilə Kiyev arasında danışıqlar təxirə salınıb. Hər iki tərəf irəliləyişin olmamasında bir-birini günahlandırır.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl demişdi ki, Rusiya prezidenti Vladimir Putin müharibəni necə bitirəcəyini müzakirə etmək üçün görüşmək istədiyi yeganə Rusiya rəsmisidir.
Zelenski bildirib ki, Rusiyanın işğal olunmuş Ukraynada mülki əhaliyə qarşı hərbi cinayətlər törətdiyinə dair sübutlar fonunda Rusiya ilə hər hansı danışıqlar aparmaq çətinləşib.

Rusiya Ukraynanın hərbi potensialını azaltmaq üçün “xüsusi əməliyyat” adlandırdığı əməliyyatda mülki əhalinin hədəf alındığını dəfələrlə təkzib edib.

Digər tərəfdən, Rusiya qüvvələrinin Ukraynaya fevralın 24-də daxil olmasından sonra rusiyalı və ukraynalı müzakirəçilər ara-sıra danışıqlar aparır, lakin hər iki tərəf danışıqlarda irəliləyiş olmadığını bəyan edib.
Zelenski ötən həftə Ukrayna televiziyasına deyib ki, hansısa diplomatiya olmadan müharibəni dayandırmaq mümkün deyil. Müharibənin ukraynalılar üçün böyük insan bədəli olduğunu vurğulayan Zelenski, ölkə silahlı qüvvələrinin Xarkov şəhəri yaxınlığında qələbə qazandığını deyib. Bununla belə, o “Ən qanlı vəziyyət Donbasda davam edir, burada bu qədər insan itirdik, deyib. O əlavə edib ki, 2014-cü ildə Rusiya tərəfindən tutularaq ilhaq edilən Krım yarımadasının zorla geri alınması ideyası yüz minlərlə insanın həyatına son qoyacaq.