📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ƏRDOĞANIN VARİSİ... – Britaniya nəşri mümkün namizədləri açıqladı

2026-01-16 12:53:47

ƏRDOĞANIN VARİSİ... – Britaniya nəşri mümkün namizədləri açıqladı

Son zamanlar Türkiyəyə Rəcəb Tayyib Ərdoğandan sonra kimin rəhbərlik edəcəyinə dair müzakirələr çoxalıb.

Hurriyyet.az “AzPolitika”-a istinadən xəbər verir ki,  İngiltərənin “The Economist” nəşrinə görə, Ərdoğanın varisi oğlu Bilal, kürəkəni Səlcuq Bayraktar, Türkiyənin xarici İşlər naziri Hakan Fidan və ya keçmiş daxili işlər naziri Süleyman Soylu ola bilər.

Nəşrin sorğu apardığı ekspertlər qeyd ediblər ki, Hakan Fidanın Türkiyə liderinin xələfi olmaq şansı daha yüksəkdir. Onların qeyd etdiyi kimi, Türkiyənin hazırkı XİN başçısı 10 ildən çox ölkənin kəşfiyyat xidmətinə rəhbərlik edib. Ekspertlər əlavə ediblər ki, varisliyə ən az şansı olan Ərdoğanın 44 yaşlı oğlu Bilaldır. "The Economist" xatırladıb ki, Ərdoğan 71 yaşındadır. Türkiyə qanunvericiliyinə görə, o, 2028-ci ilə planlaşdırılan növbəti prezident seçkilərində namizədliyini irəli sürə bilməyəcək. Türkiyə lideri dəfələrlə bildirib ki, bu, onun prezident kimi sonuncu müddətidir.