📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğanla Bayden görüşünün vaxtı MƏLUM OLDU

2021-10-30 22:43:00

Ərdoğanla Bayden görüşünün vaxtı MƏLUM OLDU

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşəcəyi tarix açıqlanıb.

Hurriyyet.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, liderlərin görüşü bazar günü, oktyabrın 31-də baş tutacaq.

Görüş zamanı ABŞ istehsalı olan taktiki-qırıcı təyyarələr (F-15) və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.

Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri “Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir. \\Report