Ərdoğanla Əsəd harada görüşəcəklər - Bağdadda, yoxsa Moskvada?
2024-07-29 13:20:33
Hurriyyet.az xəbər verir ki, mediada Türkiyə ilə Suriya prezidentlərinin görüş ehtimalının yüksək olduğu barəsində məlumatlar yayılır. Türkiyənin "Hürriyet" nəşri görüş yerinin və şəraitin müzakirə edildiyini xəbər verib. Danışıqlar Bağdadda, Moskvada, yaxud da iki ölkənin sərhədində keçirilə bilər.
Qəzetin yazdığına görə, Rusiya ilə İraq dövlətləri Türkiyə Preidenti R.T.Ərdoğanla Suriya Prezidenti Bəşər Əsədin görüşünü təşkil etməyə hazır olduqlarını bildiriblər.
Bu günlərdə "Türkiye" qəzeti Ankara ilə Dəməşqin xüsusi xismət orqanlarının nümayəndələrinin iki ölkə arasındakı münasibətləri normallaşdırmaq məqsədi ilə görüşdüklərini xəbər vermişdi.
Hürr Tərcüman