Ərdoğanla Makron Azərbaycanla Ermənistan münasibətlərini müzakirə ediblər
2024-07-12 13:01:58
Makronun mətbuat xidməti Prezident Ərdoğanla görüşdən yazıb
Hurriyyet.az xəbər verir ki, Fransa Prezidentinin mətbuat xidmətinin açıqlamasına görə, Türkiyə Prezidenti R.T.Ərdoğan ilə Emmanuel Makron Vaşinqtondakı görüş zamanı Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması məsələsini müzakirə ediblər.
Mətbuat xidmətinin açıqlamasında deyilir: "Respublika Prezidenti (Makron - red.) Ermənistan ilə Azərbaycan arasında gedən dialoqu dəstəklədiyimizi bildirib. Tezliklə sülh müqaviləsinin bağlanması regionda yeni səhifə aça bilər".
Hürr Tərcüman