📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğanla Putin telefonla danışıblar

2022-09-29 22:13:00

Ərdoğanla Putin telefonla danışıblar

Hurriyyet.az TRT habet kanalına istinadla xəbər verir ki, bu gün Türkiyə Prezidenti R.T.Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin telefonla danışıblar. Bu barədə açıqlamanı Kremlin mətbuat katibi Dmitri Peskov verib.

Dövlət başçılarının əsas müzakirə mövzusu Ukraynadakı vəziyyət və 2022-ci ilin noyabr ayında müddəti başa çatan taxıl razılaşması olub.

Türkiyə Prezidentinin ofisindən verilən açıqlamada deyilir: “Noyabr ayında müddəti başa çatan razılaşmanın vaxtını uzatmağın hər kəsin marağına uyğun olduğunu söyləyən Ərdoğan  Rusiya taxılının və gübrəsinin fasiləsiz ixracı üzərində işləməyə davam elədiklərini söyləyib”.

Hürr Tərcüman