Ərdoğanla Putin telefonla danışıblar
2022-10-07 13:29:00
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin telefonla danışıblar. Bu barədə məlumatı Türkiyə Prezidentinin mətbuat xidməti verib.
Dövlət başçıları ikitərəfli münasibətlərlə bağlı məsələləri, Ukraynadakı vəziyyəti müzakirə ediblər. Prezident Ərdoğan Ukraynadakı münaqişənin dinc yolla nizamlanmasına kömək eləməyə hazır olduğunu bildirib.
Hürr Tərcüman