📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğanla Putin telefonla danışıblar

2023-02-24 21:51:00

Ərdoğanla Putin telefonla danışıblar

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə telefonla danışıb. Bu barədə açıqlamanı Türkiyə Prezidentinin mətbuat xidməti verib.

Türkiyədə zəlzələ və Ukraynadakı müharibə ilə bağlı məsələlər müzakirə edilib.

Türkiyə Prezidenti daha qurbanların və dağıntıların olmaması üçün Ukraynada ədalətli sülhün bərqərar olmasının vacib olduğunu söyləyib, Türkiyənin İstanbul taxıl müqaviləsinin möhlətinin uzadılmasının tərəfdarı olduğunu, bunun üçün Ankaranın səy göstərməyə hazır olduğunu deyib.

Ərdoğan zəlzələ fəlakəti baş vermiş Türkiyəni dəstəklədiyinə görə rusiyalı həmkarına təşəkkürünü bildirib.

Hürr Tərcüman