📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğanla Putinin Səmərqənddə nədən danışacaqları bəlli oldu

2022-09-09 14:57:00

Ərdoğanla Putinin Səmərqənddə nədən danışacaqları bəlli oldu

Hurriyyet.az xəbər verir ki, Rusiya ilə Türkiyənin dövlət başçıları V.Putin ilə R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının bu ay ərzində Səmərqənddə keçiriləcək sammitindən “taxıl razılaşması” ilə bağlı görüş keçirəcəklər. Bu barədə açıqlamanı Kremlin təmsilçisi Dmitri Peskov verib.

Peskov Qərbi İstanbul razılaşmasını pozmaqda, kasıb ölkələrin taxılla təmin edilməsinə imkan verməməkdə ittiham edib. Peskov deyib: “Ərzaqla yüklənmiş cəmi iki gəmi həmin kasıb ölkələrə gedib. Bu, birinci mövzudur. İkinci mövzu isə Rusiya ərzağının beynəlxalq bazara çıxarılmasıdır”.

Hürr Tərcüman