Ərdoğanla Tokayev arasında telefon danışığı oldu
2023-06-28 22:36:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevlə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı liderlər qarşılıqlı olaraq Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.\\Konkret.Az