📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərəb koalisiyası Yəməndə həbsxananı bombaladı – azı 70 nəfər həlak oldu, yüzlərlə yaralı var

2022-01-22 15:07:00

Ərəb koalisiyası Yəməndə həbsxananı bombaladı –  azı 70 nəfər həlak oldu, yüzlərlə yaralı var

Həlak olanlar dinc sakinlərdir

Hurriyyet.az “CNN Türk” kanalına istinadla xəbər verir ki,  müharibə və səfalətin hökm sürdüyü Yəməndə Səudiyyə Ərəbistanının başçılıq elədiyi koalisiya qüvvələri qiyamçı husilərin nəzarəti altına olan bir həbsxananı bombalayıblar. Hücum nəticəsində ən azı 70 nəfər həlak olub, 200 nəfər isə yaralanıb. Husi qiyamçılar hücumu “insanlığa qarşı müharibə cinayəti” adlandırıblar.

Koalisiya qüvvələri Yəmənin qərbindəki Hudeyde rayonuna da hava hücumu ediblər. Buradakı telekommunikasiya mərkəzinin vurulması nəticəsində ölkə miqasında internet kəsilib. “Uşaqları xilas edin” fondu bu hücum nəticəsində 3 uşağın həlak olduğunu bildirib.

BMT-nin Təhlükəsizlik Şurasının sədri hücumu pisləyərək, tərəfləri sakitləşməyə çağırıb. Husilərin Birləşmiş Ərəb Əmirliklərinə dron və raketlərlə hücumundan sonra Ərəb koalisiyasının hücumları artıb. Husilərin BƏƏ-yə zərbələri nəticəsində 3 nəfər dinc sakin həlak olmuşdu.

Yəməndə artıq 7 ildir ki, İranın dəstəklədiyi husilərlə, Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında vətəndaş müharibəsi gedir.

Hürr Tərcüman