📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərəb koalisiyası Yəməndəki hədəfləri bombaladı

2022-02-22 16:58:00

Ərəb koalisiyası Yəməndəki hədəfləri bombaladı

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının lideri olduğu Ərəb koalisiyası qüvvələri Yəmənin mərkəzi hissəsindəki Beyda rayonunda husilərə məxsus hərbi hədəfləri vurduğunu bəyan ediblər.

Açıqlamanı Səudiyyə Ərəbistanının SPA rəsmi informasiya agentliyi yayıb.

Husilər koalisiyanın hava əməliyyatları ilə bağlı hələlik açıqlama verməyiblər.

Dünən Yəməndən Səudiyyə Ərəbistanının Cazan rayonundakı Kral Abdulla hava limanına göndərilən dronun vurulması nəticəsində qopan qəlpələrdən 3 nəfəri ağır olmaqla 16 nəfər mülki vətəndaşın yaralandığı xəbər verilmişdi.

Hürr Tərcüman