📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Eren Kış 7” – Türkiyədə xüsusi təyinatlılar antiterror əməliyyatı keçirirlər 

2021-11-22 17:54:00

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin xüsusi təyinatlı polisi ilə jandarma qüvvələri Bitlis əyalətində “Eren Kış” əməliyyatının yeddinci mərhələsini həyata keçirməyə başlayıblar. Bu barədə məlumatı Türkiyənin daxili işlər nazirliyi verib.

Ölkənin şərqində terrorçuların axtarışı və zərərsizləşdirilməsi əməliyyatında xüsusi təyinatlı polislər ilə jandarma qüvvələrinin 680 nəfər əməkdaşı – ümumilikdə 38 qrup iştirak edir. 

Əməliyyatın hədəfi Türkiyənin bu rayonunu terrordan təmizləməkdir.

Hür Tərcüman