📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əri azərbaycanlı olan Xalq artistinə Almaniyada KONSERT QADAĞASI

2022-07-11 23:32:00

Əri azərbaycanlı olan Xalq artistinə Almaniyada KONSERT QADAĞASI

Rusiyalı opera müğənnisi Anna Netrebkonun Almaniyanın Ştutqart şəhərində solo konsertinə icazə verilməyib. 

Bu barədə “Stuttgarter Zeitung” məlumat yayıb.

İyulun 22-də ifaçı Almaniyaya qastrol səfərinə başlayacaq, sentyabrın 3-də isə Ştutqartda konserti olacaqdı. Yerli Maliyyə Nazirliyi bildirib ki, Ukrayna ərazisində hərbi xüsusi əməliyyat aparıldığı müddətdə onun şəhərdəki konserti baş tutmayacaq. İddia olunur ki, Netrebkonun komandası artıq tədbirin keçirilməsinin qeyri-mümkünlüyü barədə məlumatlandırılıb.

Baden-Vürtemberq əyalətinin maliyyə naziri Danial Bayaz qeyd edib ki, müğənninin Almaniyadakı çıxışları üçün hərbi əməliyyatları dəstəkləməkdən uzaqlaşması kifayət deyil. O hesab edir ki, o, Rusiya prezidenti Vladimir Putinin siyasətinə də qarşı çıxmalıdır.

Xatırladaq ki, Anna Netrebko  Azərbaycan əsilli opera müğənnisi Yusif Eyvazovla evlidir. \\Sfera.az