📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əri gözlərinin önündə donmuş çayda boğuldu - VİDEO

2022-02-10 00:06:00

Əri gözlərinin önündə donmuş çayda boğuldu - VİDEO

Ukraynanın Kapulovka kənd sakini donmuş çayın üzərində açdıqları dəlikdən çaya tullanıb və boğularaq həlak olub.

Həmin şəxs video xətrinə suya tullanıb.

İnsident fevralın 5-i Çertomlık çayında baş verib. Sözügedən şəxs buzun üzərində dostunun açdığı dəlikdən suya tullanıb. O, suya düşdükdə su axını onu buzun altına aparıb və o, sudan çıxa bilməyib. Hadisənin videosunu isə həlak olan şəxsin həyat yoldaşı lentə alıb.

Hadisə yerinə gələn xilasedicilər kişinin meyitini bir gün sonra aşkar edə bilib.

Qeyd edək ki, Rusiyada bu yaxınlarda da analoji hadisə baş verib. Belə ki, xaç suyuna girən qadın uşaqlarının gözü önündə boğularaq ölüb.

 

Ölkə.Az