📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erik ten Haq dediyini etdi - Ronaldunun cəzası çox ağır oldu

2022-10-20 23:16:00

Erik ten Haq dediyini etdi - Ronaldunun cəzası çox ağır oldu

İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan "Mançester Yunayted" - "Tottenhem" oyunu (2:0)  başa çatmamış ehtiyat oyunçular skamyasını tərk edərək paltardəyişmə otağına yollanan Kriştianu Ronaldu heyətdən kənarlaşdırılıb.

Hurriyyet.Az "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu İPL-in 13-cü turunda keçiriləcək qarşılaşmada - "Çelsi" ilə səfər duelində iştirak etməyəcək.

Klub Ronaldunun Londona aparılmayacağını bildirib. 

Məlumatda qərarın hansı səbəbdən verildiyi açıqlanmasa da, İngiltərə mətbuatında bu tələbi MY-nin baş məşqçisi Erik ten Haqın irəli sürdüyü barədə müxtəlif informasiyalar yayılıb ki, bu da yetərincə məntiqəuyğundur.

Xatırladaq ki, "Tottenhem"lə oyunun ardından niderlandlı mütəxəssis Ronaldunun davranışı barədə belə danışmışdı: "Onu gördüm, amma heç nə demədim. Etdiyi hərəkətə önəm vermirəm. Bu işlə sabah məşğul olacağam".\\Fanat.Az