📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erkən yaşda nikaha icazə verilməlidir - Tahir Kərimlidən ŞOK AÇIQLAMA

2023-10-27 14:44:27

Erkən yaşda nikaha icazə verilməlidir - Tahir Kərimlidən ŞOK AÇIQLAMA

“Qeyd olunur ki, 17 yaşında qız uşağı evləndirilməli deyil. Amma bəzi məqamları nəzərə almaq lazımdır”.

Hurriyyet.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.

“Elə olur ki, ata xərçəng xəstəsidir. Ömrünə az qalıb. Niyə onun övladının 17 yaşında evlənməsinə icazə verilməsin? Valideyn nə üçün övladının şad gününü görməsin? Bu tip situasiyalarda erkən yaşda nikaha icazə verilməlidir deyə düşünürəm”, - o qeyd edib. (Modern.az)