Erməni cəlladın Xankəndidəki abidəsi söküldü
2024-02-02 14:57:14
Antiterror tədbirlərindən sonra separatçı rejimin qalıqlarının təmizlənməsi prosesi davam edir.
Hurriyyet.az xəbər verir ki, Xankəndi şəhərində Qarabağ cəlladlarından biri, “Bekor” ləqəbli Aşot Qulyanın abidəsi sökülüb.
Qeyd edək ki, 1992-ci ildə Ağdərə, Hadrut və bir sıra istiqamətlərdə günahsız azərbaycanlıların qanını tökən terrorçunun abidəsi Xankəndi universitetinin qarşısındakı parkda yerləşirdi. (Unikal)