📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni deputat panika içində: Azərbaycan prezidenti Ermənistanın 29 min 800 kv.km ərazi bütövlüyünü tanıdığını açıq şəkildə deməyib

2023-06-06 10:55:00

Erməni deputat panika içində: Azərbaycan prezidenti Ermənistanın 29 min 800 kv.km ərazi bütövlüyünü tanıdığını açıq şəkildə deməyib

Bu gün erməni parlamentinin “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan 2022-ci il büdcəsinin icrasını müzakirə edərkən qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın 29 min 800 kv.km ərazi bütövlüyünü tanıdığını açıq şəkildə deməyib. 

“Ölkələr arasında ərazi fikir ayrılıqları məsələsi Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən dəfələrlə qaldırılıb, münaqişəyə son zəmanəti müqabilində Artsaxı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olmasından danışıb.

Lakin Əliyev heç vaxt belə şərtlərlə razılaşmağa hazır olduğunu qeyd etməyib, mütəmadi olaraq Dağlıq Qarabağın ilkin şərtsiz təslim olmasına eyham vurub.

Azərbaycan prezidentinin bu işdə susması təsadüfi deyil. Bu yolla o, manevr üçün yer saxlayır. Bakının Sünik bölgəsi ilə bağlı “böyük” planları var, onun vasitəsilə Zəngəzur dəhlizinin tikintisi planlaşdırılır.

Ermənistan parlamentində isə hakimiyyətin iradəsiz siyasətinin nəyə gətirib çıxardığını nəhayət anlamağa başladılar. Artsaxın döyüşsüz təslim olması erməni xalqına sülh gətirməyəcək - bu, yalnız Əliyevin və onun arxasında duranların iştahını açacaq” deyə erməni deputat panika içində olduğunu biruzə verib.

Ülviyyə, Hurriyyet.az