Erməni deputat Türkiyədə QDİƏT-in Baş katibinin müavini seçildi
2023-05-05 13:10:00
Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatı, İqtisadiyyat Komissiyasının sədr müavini Babken Tunyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibinin müavini seçilib. Bu barədə o, sosial şəbəkədə xəbər verib.
Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının yaranmasının 30 illiyi münasibətilə mayın 4-də Türkiyənin paytaxtı Ankara şəhərində iclas keçirilib. Sammitdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın başçılıq elədiyi nümayəndə heyəti də iştirak edib.
Hürr Tərcüman
.png)