Erməni deputat: “Zəngəzurdan qoşunların çıxarılmasının əsl səbəbləri ictimaiyyətdən gizli saxlanılıb”
“Ermənistan hökuməti, Milli Təhlüksizlik Xidməti, Müdafiə Nazirliyi, Baş Qərargah və digər dövlət strukturlarına bir neçə sorğu göndərilib”. Bunu Ermənistan parlamentində jurnalistlərə açıqlamasında “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan deyib.
Onun sözlərinə görə, “Hayastan” fraksiyası ötən il Zəngəzurda baş verən proseslərin hansı sənədlər əsasında baş verdiyini öyrənmək istəyib.
Erməni deputat qeyd edib ki, həm özü, həm də həmkarı Geğam Manukyan sorğular göndərib.
“Bir il ərzində Ermənistanın siyasi rəhbərliyi və respublikanın Müdafiə Nazirliyi ictimaiyyəti çaşdırırdı. Xüsusən Zəngəzurdan qoşunların çıxarılmasının əsl səbəbləri ictimaiyyətdən gizli saxlanılıb. Ermənistanın keçmiş müdafiə naziri Vağarşak Harutyunyan və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistan qoşunlarının çıxarılması ilə bağlı sənəd imzalayıblar. Bu, həm Zəngəzur bölgəsi, həm də bütün Ermənistan üçün ciddi təhlükəsizlik təhdidləri yaradıb”, - deyə Qriqoryan vurğulayıb.
Qriqoryan qeyd edib ki, Türkiyə Qarabağ nizamlanma prosesini “3+3” formatına keçirməyə cəhd edə bilər.
“Bundan başqa, müxtəlif sənədlərdə Qarabağ məsələsinin həllinin vacibliyi deyil, ondan irəli gələn məsələlər qeyd olunur”, - deyə erməni deputat bildirib.
O deyib ki, Ermənistan hakimiyyəti müvafiq əks-təsirə malik ola və əsas Qarabağ məsələsinin həll olunmadığını söyləyə bilmir.
Digər bir erməni deputat Geğam Manukyan öz növbəsində bildirib ki, yazılı razılaşma əsasında Gorus-Qafan yol sektoru Bakının nəzarəti altına keçib. \\Ordu.az