Erməni deputatdan Nikol Paşinyana Gorus-Qafan yolu ilə bağlı TƏLƏB
2021-08-26 13:07:00
“Şərəfim var” fraksiyasının lideri Artur Vanetsyan Gorus-Qafan yolu məsələsinə toxunub.
HURRİYYET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Vanetsyan Ermənistan parlametinin bu gün keçirilən iclasında çıxışı zamanı Baş nazir Nikol Paşinyandan Gorus-Qafan yolunun suveren əraziləri olub-olmadığının aydınlaşdırılmasını tələb edib.
Qeyd edək ki, bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan hərbçilərinin Gorus-Qafan yolunu bağladığını bildirib.