📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni deputatlar kilsəyə vergi qoyulmasını istəmir

2024-06-06 13:19:21

Erməni deputatlar kilsəyə vergi qoyulmasını istəmir

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatlarının əksəriyyəti baş nazir Nikol Paşinyanın təklif etdiyi modellə razılaşmayıb. Bu barədə “Hraparak” yazır.

Təklifdə nəzərdə tutulur ki, kilsə vergiyə cəlb olunmalı, sonra isə bu pullar ona qaytarılmalıdır ki, bu da şəffaflığı təmin edəcək.

Deputatlar hesab edirlər ki, kilsənin vergi yükü artırılmalıdır. “Hakim fraksiya belə bir fikir irəli sürüb ki, kilsənin mənfəətindən, məsələn, şam satışından və ya vəftiz, toy və sair kimi ayinlərdən əldə edilən gəlirdən, habelə ritual obyektlərin idxalı və istifadəsindən alınan vergilərdən vergi tutulmalıdır”, nəşr yazır.

Ülviyyə, Hurriyyet.az