📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni ekspertdən “BÖYÜK İDDİA”

2023-10-17 16:58:52

Erməni ekspertdən “BÖYÜK İDDİA”

“Ermənistan diqqətini cəmləyib dünya müharibəsinə hazırlaşmalıdır. Çünki bu müharibə artıq bir neçə cəbhədə başlayıb və gedir”.

Hurriyyet.az erməni mediasına istinadən xəbər verir ki, bunu Nyu-York Universitetinin sosiologiya elmləri üzrə professoru Georgi Derluqyan deyib.

Onun sözlərinə görə, Ermənistan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə bütün gücü ilə müqavimət göstərməlidir. Bunda başqa, rəsmi İrəvan müharibəyə çox tez hazır olmalı və yeni müttəfiqlər axtarmalıdır.

“Diplomatiya Müdafiə Nazirliyinin ən mühüm köməkçi hissəsidir. Hərbçilərin neçə cəbhədə vuruşacağına diplomatlar qərar verir”, - deyə Georgi Derluqyan qeyd edib.

Musavat.com