📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni əsgərinin yaralanması: Cinayət işi açıldı

2024-04-11 15:26:32

Erməni əsgərinin yaralanması: Cinayət işi açıldı

Ermənistanın Qeqarkunik rayonunda 19 yaşlı hərbçinin ağır xəsarət alması ilə bağlı cinayət işi başlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 528-ci maddəsinin 1-ci hissəsi (sağlamlığa zərər vurma, hərbi xidmətə və ya onun fərdi vəzifələrinin müvəqqəti dayandırılmasına səbəb olmuş və ya səbəb ola biləcək) cinayət işi başlanılıb, hallar aydınlaşdırılır. Hadisə yerinə baxış keçirilib və bir çox həmkarı dindirilib.

yenisabah.az