📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni əsirliyində olmuş Şahbaz PA qarşısında aksiya keçirir

2022-04-01 12:33:00

Erməni əsirliyində olmuş Şahbaz PA qarşısında aksiya keçirir

Kəlbəcərdə erməni girovluğunda olmuş və Vətən müharibəsindən sonra əsirlikdən azad edilmiş Şahbaz Quliyev bu dəqiqələrdə Prezident Administrasiyası qarşısında aksiya keçirir.

Hurriyyet.az
xəbər verir ki, reportyor.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Şahbaz Quliyev üzləşdiyi sosial probemlərə etirazını bildirib. O, qaz və işıq təchizatının kəsildiyini, həmçinin pensiyasının kəsildiyini qeyd edib. Şahbaz pensiyasının kəsildiyinə görə müalicəsinin dayandığını bildirib. O, Prezidentdən və dövlət rəhbərliyindən kömək istəyib.