📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni gənc azərbaycanlıları təhqir etdiyinə görə üzr istədi - VİDEO

2021-11-18 20:43:00

Erməni gənc azərbaycanlıları təhqir etdiyinə görə üzr istədi - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində İşxan adlı erməni gənc azərbaycanlılardan üzr istəyib.

Noyabrın 16-da sərhəddə baş verən münaqişə zamanı ermənilərin "internet qəhrəmanları”ndan İşxan adlı gənc TikTok-da canlı yayımda Azərbaycanın və Azərbaycan xalqının ünvanına ifrat dərəcədə iyrənc, təhqiramiz ifadələr, söyüşlər işlədib. Buna dözməyən Yekaterinburqda yaşayan azərbaycanlılar həmin gün onu taparaq, üzr istəməyə məcbur ediblər.

Artıq noyabrın 17-də Rusiyanın sosial şəbəkələrində erməninin üzr videosu yayılıb və hətta ruslar azərbaycanlılara haqq qazandırıb.

Erməni gəncin canlı yayımdakı çıxışını etikadan kənar olduğu üçün təqdim etmirik.

Erməni gəncin üzr videosunu təqdim edirik:



 

anews.az