Erməni hərbçi döyüş mövqeyindən yoxa çıxdı
2024-01-13 23:21:51
Ermənistan ordusunun hərbi qulluqçusu itkin düşüb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 13-də əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda hərbi qulluqçu B.M. ilə əlaqə əksilib.
Məlumata görə, güclü külək və dumana baxmayaraq axtarış-xilasetmə işləri davam etdirilir. Hərbçinin tapılması üçün bütün lazımi tədbirlər görülür.