📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni hərbçilər Qarabağdan təcili tərxis olunur - Abramyan

2022-08-03 15:28:00

Erməni hərbçilər Qarabağdan təcili tərxis olunur - Abramyan

Ermənistandan hərbi xidmətə çağırılan və Azərbaycanın hazırda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərində yerləşdirilmiş erməni hərbçilər təcili tərxis olunurlar.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə erməni deputat Tiqran Abramyan özünün Feysbuk səhifəsində məlumat paylaşıb.

O, Ermənistandan Qarabağa hərbi çağırışın sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında keçirildiyini xatırladıb və bildirib ki, 44 günlük müharibədən sonra, 2021-ci ilin qışından Ermənistandan Qarabağa çağırışçılar göndərilmir.

“İki il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan əsgərlərin Qarabağdakı son dəstələri buranı 2022-ci ilin avqustunda tərk etməli olmasına baxmayaraq, Azərbaycanın tələbi ilə tərxisetmə, deyəsən, vaxtından əvvəl həyata keçirilib”, - deyə deputat yazıb.