Erməni hərbçilər qəzaya düşdü: ölən və yaralananlar var
2022-11-16 16:08:00
Ermənistanda hərbçilərin olduğu “KamAZ” maşını qəzaya düşüb.
Hurriyyet.az Armenpress-ə istinadən xəbər verir ki, noyabrın 16-da 09:50 radələrində baş verən qəzada hərbçi Qriqor Qriqoryan (2000-ci il) ölüb.
Qəzada daha 7 hərbi qulluqçunun da yaralandığı bildirilir.
Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.