📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni hərbçiləri Zəngəzurda qəzaya uğradı — Yaralılar var

2022-12-22 20:13:00

Erməni hərbçiləri Zəngəzurda qəzaya uğradı — Yaralılar var

Ermənistan ordusuna məxsus "Uaz" markalı avtomobil qəzaya uğrayıb.
Hurriyyet.Az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə Zəngəzur bölgəsində baş verib.
Hərbi maşın yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində iki nəfər yaralanıb.
Yaralıların Ermənistan ordusunun hərbi qulluqçusu olduğu bildirilir. Hadisə yerinə hərbi polis əməkdaşları cəlb edilib.

Demokrat.az