📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni hərbçinin güllələnmiş meyiti tapıldı

2026-08-13 17:51:09

Erməni hərbçinin güllələnmiş meyiti tapıldı

Avqustun 13-də Ermənistanda Müdafiə Nazirliyinin hərbi hissəsinin hərbi qulluqçusu Qriqor Zakaryanın güllə yarası almış meyiti aşkar edilib.

Hurriyyet.Media  bu barədə erməni mediasına istinadən xəbər verir.

Respublika Müdafiə Nazirliyinin mətbuat xidməti yerli mediaya bildirib ki, hadisənin təfərrüatlarını müəyyən etmək məqsədilə araşdırma aparılır.

Müdafiə Nazirliyi hərbi qulluqçunun ailə üzvlərinə, yaxınlarına və silahdaşlarına başsağlığı verib və onlara dəstəyini ifadə edib.

Qeyd edək ki, bu il erməni ordusunda 40-dan artıq hərbçi müxtəlif səbəblərdən ölüb.