"Erməni hiyləgərliyi" rubrikasından-ermənilərin yapışdığı saman çöpü-VAQNER
Dünənki hadisələr fonunda Rusiya hökuməti öz zəifliyini göstərdi. Kreml Ukraynadakı müharibədən “üzüsulu” çıxmaq istəsə belə, alınmayacaq. Çünki münaqişənin istənilən dondurulması və ya minimum güzəştlərlə olsa belə, sülh bağlamaq cəhdi xəyanət kimi qəbul ediləcək və “Moskvaya yürüş” təkrarlanacaq.
Üstəlik, "Belarusdan çıxmaq" daha rahat olacaq və 23-24 iyul 2023-cü il tarixlərində müşahidəçi qismində olan hərbçilərin arasında da Priqojinin populyarlığı çoxdur. Bu müahidəçi hərbçilər Priqojini dəstəkləyə bilər və dəstəkləyəcək! “Vaqner” özünü az qala “dövlət daxilində dövlət” kimi elə bir səviyyədə göstərdi ki, onun başçısı qonşu dövlət başçısının vasitəçiliyi ilə danışıq aparıb, müqavilələr bağlayır. Yəni bədnam rus dövlətçiliyi muzdlu ordu qarşısında geri addım atdı. Bu, çox güman ki, yaxşı nəticələnməyəcək və qarışıqlıq yenidən davam edəcək, çünki Rusiyada gözümüzün qarşısında iki "güc mərkəzi" formalaşıb - Kreml və Vaqner. Bu cür hadisələr artıq Rusiyanı “uğursuz müharibə – dövlət çevrilişi – xaos” sxemi üzrə fəlakətə sürükləyib. Bir dəfə 20-ci əsrin əvvəllərində Rusiya İmperiyası Birinci Dünya Müharibəsinə sürüklənərkən, digər geosiyasi qüvvələrin onun üçün təşkil etdiyi bu “tarixi tələyə” düşdü. Müharibə yorğunluğu və cəbhədəki uğursuzluqlar 1917-ci il inqilabını körüklədi və sonra 1918-1922-ci illər qanlı vətəndaş müharibəsi başladı. Eyni zamanda, məlum olduğu kimi, Rusiyanın indiki geosiyasi fəlakətinə səbəb olan həmin qüvvənin, erməni millətçilərinin Rusiyanın müharibəyə cəlb edilməsində mühüm rolu olub. Yalnız o zaman daşnaklar Rusiya imperiyasının hərbi qüvvələrindən istifadə edərək türk torpaqlarında özlərinə ərazilər qamarlamağı planlaşdırırdılar. Və bu gün Kremlin ətrafındakı erməni lobbisi “Vaqner”ə ümid bəsləyir. Hansı ki, “Artsax” separatçı layihəsini dəstəkləmək üçün “Vaqner” muzdlu ordusunun nizami Rusiya ordusunun əvəzinə istifadə edilməsi də planlaşdırılırdı. Bununla belə, Yevgeni Priqojinin hazırkı qlobal tendensiyalara tam uyğun gələn öz ambisiyaları var. Axı erməni lobbisinin həmin rəhbərləri öz məqsədlərini həyata keçirməkdən ötrü “Vaqner”i işə qoşanda nə haqda düşünürdülər? Onlar belə haqq-hesab edirdilər ki, bu “şəxsi muzdlular”la işbirliyi sonda onlara yad torpaqlarda həm saxta separatçı psevdo-dövlətlər, həm də milli monoetnik dövlət “böyük Ermənistan” qurmağa kömək edəcək. Eynilə Ukraynada sərhədlərin yenidən qurulması presedentlərindən və təcrübəsindən istifadə onları ilhamlandırırdı. Lakin daşnakların “çiy arzuları”na gerçəkləşmək qismət deyil, çünki hərbi münaqişələrdə muzdlu orduların artan rolu fenomeni başqa bir prosesə - milli dövlətlərin ləğvinə təkan verir. Muzdlu ordular dövlətçilik qurmaq üçün "ənənəvi" güc ortaya qoyan milli orduları əvəz edə bilməzlər. Hətta separatçı psevdo dövlətlər təşkil etməyə də yaramazlar. Muzlu ordular eləcə də digər sahələrdəki özəl şirkətlər, qlobal dövlətlərüstü strukturların sadiq hərbi mexanizmlərinə çevriləcəklər. Və ümumiyyətlə, onlar hansısa etnik qrupun millətçi ideyaları və onun “layihələri” uğrunda mübarizə aparmaqda maraqlı deyillər.
Qeyd edək ki, iyulun 23-24-də Priqojin və vaqnerçilərin üsyanı ilə bağlı bütün separatçılar - Donbass, Suxumi, Sxinvali və “Artsax”, isterik şəkildə "Putinin ətrafında toplaşmağa" çağıraraq təşvişə düşdülər. Göz qabağındadır ki, qarışıqlıq Rusiyanın sürətlə geosiyasi zəifləməsinə gətirib çıxaracaq və o, sadəcə olaraq, öz qoşunlarını yad ərazilərdən çıxarmaqla “başqa dövlətlərin işlərinə burnunu soxmaq” mahiyyəti daşıyan layihələrini” taleyin ümidinə buraxmaqla imtina etmək məcburiyyətində qalacaq.
Təbii ki, bir çox ölkələr üçün Rusiyada mövcud qarışıqlıq davam edərsə, həm onların ərazi bütövlüyünü bərpa etmək şansı, həm də təhlükə ola bilər. Çünki heç kim nüvə dövlətinin vətəndaş müharibəsinə girəcəyi təqdirdə hansı gücün üstün olacağını və bu müharibənin necə bitəcəyini, eləcə də yeni Rusiya hakimiyyətinin hansı ambisiyaları olacağını və “Rusiya”da neçə hakimiyyətin olacağını bilmir...
Ülviyyə, Hurriyyet.az