📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni iqtidarı: "Azərbaycan Prezidentini diqqətlə dinləməliyik"

2024-01-11 16:08:09

Erməni iqtidarı:

Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Müdafiə və Milli Təhlükəsizlik Komitəsinin sədri Andranik Koçaryan Azərbaycan Prezidenti İlham Əliyevin dediyi bütün sözlərə ciddi yanaşmaq lazım olduğunu söyləyib. O, Azərbaycan Prezidentinin dünənki açıqlamaları barəsində jurnalistlərə şərh verərkən deyib: "Əgər o, nə isə deyirsə, buna ciddi yanaşmalıyıq".
Ermənistanın hakim "Mülki müdafiə" partiyasının üzvü ardından belə deyib: "Onun çıxışı ölkəsinin daxili auditoriyasına ünvanlansa belə, biz bütün hallarda eşitdiklərimizə ciddi yanaşmalıyıq. Bizim qarşımızda duran məsələ ölkəmizin təməlinin möhkəmləndirilməsi və gücləndirilməsi olmalıdır. Bu gün ən düzgün yol - sülh içərisində yaşamaqdır. Müharibə nə vaxtsa bitməlidir, elə deyilmi?"
Hürr Tərcüman