📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni iranşünas Voskanyan meydan oxudu: "İrəvan heç bir halda İranla bir neçə min illik sərhədini saxlamaqdan geri çəkilməyəcək"

2022-12-22 15:15:00

Erməni iranşünas Voskanyan meydan oxudu:

Laçın dəhlizi ilə bağlı baş verən hadisələrə İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan xəstə erməni təxəyyülünün məhsulu olan sərsəmləmə şəklində toxunub və onun öz təbirincə desək, Azərbaycana meydan oxuyub. Voskanyan ağzı köpüklənə-köpüklənə iddia irəli sürüb ki, "İrəvan heç bir halda İranla bir neçə min illik sərhədini saxlamaqdan geri çəkilməyəcək".
Görünür, onu bu sərsəmləməsini körükləyən dünən və bu gün İrəvandakı İran Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil edilən "İran islamı" daha doğrusu Rafizilik ilə erməni xristianlığı arasındakı "Dinlər arası dialoq" təşəbbüsündən aldığı ilham olub. Dünən Rafizilik və Eçmiədzin arasında dinlərarası dialoqun birinci raundu keçirildi. Bundan başqa dünən İrəvanda Matenadaran Əlyazmalar İnstitutunda Ermənistanda iran-erməni mədəni irsinə həsr olunmuş tədbirin ab-havasından ekstaz vəziyyətinə düşən Voskanyan sərsəmləməyə başlayıb. İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri deyib: “Ermənistanın İranın Qafqaz regionundakı roluna baxışı çox müsbətdir. Ermənistanın milli dairələri İranla strateji müttəfiqlik yaratmaq istəyirlər və bu müttəfiqlik regionda kök salmış iki ölkənin milli maraqları baxımından son dərəcə vacibdir”.
İLNA-ya müsahibəsində Laçın dəhlizində baş verənlərə toxunan Vardan Voskanyan İran cəmiyyətinin Cənubi Qafqazda baş verənlərə yetirincə önəm verməməsindən gileylənib: “Təəssüf ki, İranda Cənubi Qafqazın təhlükəsizliyinin vacibliyinə kifayət qədər diqqət yetirilmir və bu məsələni yalnız akademik dairələr və siyasi analitiklər araşdırırlar”.
“Əgər biz “Bakı hökumətinin” və Ərdoğanın pantürkist hökumətinin məqsədlərinin bölgədə həyata keçirilməsini istəmiriksə, bilməliyik ki, Qarabağ məsələsi çox önəmlidir. Əgər biz Qarabağı itirsək, “pantürkist koalisiyanın” növbəti hədəfi Ermənistanın “Sünik” vilayətidir (Qərbi Zəngəzur) ki, bu da son nəticədə İranın ərazi bütövlüyünü hədəf alır.  Ona görə də hazırda Laçın dəhlizi məsələsi təkcə Qarabağ əhalisinin və “mərkəzi hakimiyyətinin” (qondarma “DQR”) məsələsi deyil, həm də Ermənistanın və müəyyən dərəcədə İranın da problemidir. İranın siyasi dairələri bu məsələyə “pantürkizm mövzusu” ilə bağlı həssaslıqla baxmalıdır”, deyə o, cəfəng fikirlərə yer verib. 
Yeri gəlmişkən, dünən bu məkanda çıxış edən Qor Tsarukyan da sərsəmləyib və iddia edib ki, 17 -ci əsrin ikinci yarısında İrəvanda baş vermiş zəlzələ nəticəsində erməni və iran mədəniyyətinə aid abidələri-kilsələr və məscidlər ciddi şəkildə zədələnib. Tsraukyan tədbirdə "iki daşın arasında toqquşdurduğu" ayaqlı yalanı ilə kifayətlənməyib, üstəlik iddia edib ki, guya zəlzələdən sonra bərpa edilmiş abidələr sovet dönəminin dinə qarşı olan siyasətçilərinin ucbatından dağıdılıb. Maraqlıdır ki, Tsarukyanın məntiqinə görə sovet dönəmini yaşamış 15 respublikada azdan-coxdan dini tikililər və abidələr qalıb, amma Ermənistanda yerli-dibli kökündən izlər silinib. Erməni kimliyi özünü həyazılığın ən pik həddində nümayiş etdirir. 
Görünür Voskanyanın hər bir erməni kimi qanına işləmiş yalan-palan tarix və digər bir köksüz-soysuz fars mifik yalançılığı onu coşdurub və sərsəmləməyə meylləndirib.

Ülviyyə, Hurriyyet.az